Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında kifayət qədər zəngin yerli metal bəzəklər arasında özünəməxsusluğu ilə fərqlənən nadir nümunələr də yer alır. Bunlardan biri muzeyin Xüsusi fondunda qorunan, 2017-ci ildə arxeoloq Qafar Cəbiyevin rəhbərlik etdiyi Dəmirçi arxeoloji ekspedisiyası tərəfindən Şamaxı ərazisində aşkar edilən gümüş fibula-sancaqdır. Arxeoloji tədqiqatlar Azərbaycan ərazisində müxtəlif formalı fibulaların Tunc dövründən erkən orta əsrlərədək uzun bir dövrdə geniş yayıldığını təsdiq edir. Lakin təqdim etdiyimiz fibula-sancaq özünün orijinallığı və demək olar ki, təkrarolunmaz quruluşu ilə tamamilə fərqlənir.
Bəzi tədqiqatçıların fikrincə fibula-sancaqları Roma imperiyası ilə mədəni-ticari əlaqələr nəticəsində ölkəyə gətirilib. Lakin geyimlərdə düyməəvəzi müxtəlif formalı bu sancaqların işlədilməsi, Mingəçevir və Şamaxıda aşkar edilmiş gümüş fibulaların Mərkəzi Avropanın və Şimali Qaradəniz sahillərinin əksər antik şəhərlərində tapılan fibula sancaqlardan xarici görünüşünə görə tam fərqli olması, onların gətirilmə deyil, yerli sənətkarlar tərəfindən hazırlandığını təsdiq edir.
Son tədqiqatlar qədim Azərbaycan incəsənətinin parlaq nümunələrindən biri kimi qiymətləndirilən bu cür fibula-sancaqların Azərbaycan nağılları, xalçaları, arxeoloji abidələrdən tapılmış terrakot fiqurları və keramikası, eləcə də digər tarixi-mədəni abidələr ilə bağlılığını irəli sürür və onları qədim İlahə-ana kultu ilə əlaqələndirir.
Dünyaya övlad gətirməkdə olan ananın təsvir olunduğu fibula dimdiklərində insan başı tutmuş üç quş bədəni formasında hazırlanmışdır. Mərkəzdə olan quşun bədəni qadının boyun və sinəsinə uyğun gəlir. Həm bədii, həm də texniki baxımdan böyük ustalıq və zövqlə hazırlanmış bu fibulada qadının simasındakı zahiri sakitliyini ifadə etdirsə də, dizlərə sıxılmış əlləri doğuş gərginliyini biruzə verir.
Antropozoomorf formalı gümüş fibula-sancağın hündürlüyü 7 sm, eni 4 sm, çəkisi 40,39 qramdır.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.