Bu gün, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, “Cəvahirləl Nehru” Beynəlxalq Mükafatı laureatı, professor Mikayıl Hüseyn oğlu Abdullayevin anadan olmasının 101 ili tamam olur.
Mikayıl Abdullayev 1921-ci il dekabrın 19-da Bakıda anadan olub. 1935-1939-cu illərdə Azərbaycan Rəssamlıq Texnikumunda (indiki Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi) Səttar Bəhlulzadənin sinfində dərs alıb.
Azərbaycan rəssamlıq məktəbinin böyük simalarından olan Mikayıl Abdullayevin təsviri sənətin ən müxtəlif sahələrini əhatə edən koloritli yaradıcılığı xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Sənətkar çoxsaylı tematik lövhə, mənzərə və natürmortlarında doğma təbiətin gözəlliklərini, insanların quruculuq əzmini və mənəvi zənginliyi incə rəng çalarları ilə tərənnüm etmiş, dahi Nizaminin “Xəmsə”sinin motivləri əsasında monumental rəngkarlığın bənzərsiz nümunələrini yaratmışdır.
Dünyanın nüfuzlu sərgi salonlarında, muzey və qalereyalarında uğurla nümayiş etdirilən əsərləri Mikayıl Abdullayevi fitri istedad sahibi kimi tanıtmışdır.
Mikayıl Abdullayev 2002-ci il avqustun 22-də vəfat edib.
Görkəmli rəssam Mikayıl Abdullayevə aid təqdim etdiyimiz foto Milli Azərbaycan Tarixi Muzeyinin Fotoneqativ materiallar fondunda qorunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.