Milli Azərbaycan Tarixi Muzeyinin zəngin Kitabxanasının “Nadir kitablar” fondunda görkəmli Azərbaycan mütəfəkkiri Əhməd bəy Ağaoğlunun “Üç mədəniyyət” adlı kitabı mühafizə edilir. Əhməd bəy Ağaoğlu 1919-1920-ci illərdə Maltada sürgündə olarkən, bu əsəri yazmış və sürgündən qayıtdıqdan sonra 1927-ci ildə əski əlifba ilə “Türk ocaqları mətbəəsi”ndə nəşr etdirmişdir. Kitabda Türk, İslam və Avropa mədəniyyətlərinin müqayisəli təhlili aparılıb.
Qeyd edək ki, bu nadir nüsxə görkəmli Azərbaycan şərqşünası, tarixçi, arxeoloq, t.e.n. Əjdər Ələsgərzadənin (1895-1964) şəxsi arxivində qorunub və sonralar muzeyə hədiyyə edilib.
Kitab Ə.Ağaoğlu irsinin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.