Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr və Köməkçi materiallar fondlarında Bakıda ali-ibtidai qız məktəbinin yaradılmasının təşəbbüsçüsü və həmin müəssisənin müdiri olmuş, 1925-ci ildə Azərbaycan SSR Maarifçilər Həmkarlar İttifaqı mərkəzi şurasının üzvü seçilmiş görkəmli pedaqoq Rəhilə Hacıbababəyovaya aid fotoşəkillər mühafizə olunur.
XX əsrin əvvəlinə aid təqdim etdiyimiz ilk fotoda III rus-müsəlman qız məktəbinin müəllimləri əks olunub: Arxa hissədən 1-ci cərgədə: Məryəm Terequlova, Tamara Axundova, Zəhra Ağayeva (Şaxtaxtinskaya), 2-ci cərgədə: Mina Aslanova, Rəhilə Hacıbababəyova, əyləşənlər: Sürəyya Vəlibəyova (Bəylərbəyova), Əminə Ağayeva. Digər fotoşəkillərdə isə Rəhilə Hacıbababəyova təsvir olunub.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.