XX əsrin əvvvəllərində Azərbaycanın ictimai həyatında milli təhsil məsələsi önəmli yer tuturdu. Uşaq ədəbiyyatımızın əsasını qoyan yazıçı Abdulla Şaiqin əsərləri, tanınmış pedaqoq Həbib bəy Mahmudbəyovla birgə hazırlanmış bir neçə dərsliklərin müəllifi olan ədib və tərcüməçi Abbas Səhhətin fəaliyyətini buna misal göstərmək olar.
Həmçinin, 1911-ci ildə tanınmış publisist, mütəfəkkir və pedaqoq Qafur Rəşad Mirzəzadə tərəfindən nəşr olunan “Məktəb” jurnalını da qeyd etmək olar. Dərginin ərsəyə gəlməsinə Azərbaycanın ictimai xadimləri, yazıçı və sənət adamları: Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Abdulla Şaiq, Hüseyn Cavid, Abbas Səhhət, Süleyman Sani Axundov kimi böyük şəxsiyyətlər töhfə veriblər. "Məktəb" jurnalı Bakıda Azərbaycan dilində nəşr olunurdu. Jurnalın ilk nömrəsi 1911-ci il noyabrın 29-da, sonuncusu 1920-ci il martın 21-də çıxıb. Cəmi 95 nömrə işıq üzü görüb. Jurnalın hər bir səhifəsində dünya elminin tanınmış simaları: Aristotel, Platon, Sokrat, Firdovsi, İbn Sina, Hafiz, Sədi haqqında məlumatlara tez-tez rast gəlmək olar. Jurnalda əsasən qərb və şərq ədəbiyyatının nümunələri mühüm yer tutub. L.Tolstoyun, A.Puşkinin, N.Qoqolun, İ.Turgenevin, İ.Krılovun və digər tanınmış rus şair və yazıçılarının əsərlərindən hissələrin də bu nəşrdə yer almasında ilk peşəkar tərcüməçi Abbas Səhhətin müstəsna xidməti var. Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda (müxtəlif kolleksiyalarda) sözügüdən nəşrin bir neçə nüsxəsi qorunur. Jurnalın 1913-cü il martın 31-də işıq üzü görən altıncı sayı bərpa olunma məqsədi ilə muzeyin Bərpa laboratoriyasına təqdim edilib və muzeyin bərpaçı-rəssamı, Əməkdar mədəniyyət işçisi Gülşən Hacıyeva tərəfindən eksponata ikinci həyat verilib. Mexaniki və kimyəvi üsullarla eksponatın üzəri təmizlənib, yuyulub, çatışmayan hissələri tamamlanıb və yapon kağızı ilə konservasiya olunub.
Bərpa olunan eksponatın gələcəkdə muzeyin ekspozisiyası və sərgilərində nümayişi gözlənilir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.