Bu gün, Azərbaycan tarixçisi, şərqşünas-alim, akademik Əbdülkərim Əlizadənin doğum günüdür.
Əbdülkərim Əli oğlu Əlizadə 11 yanvar 1906-cı ildə Bakıda anadan olub. 1930-cu ildə Leninqrad Şərq İnstitutunu bitirib. 1935-ci ildə SSRİ EA Şərqşünaslıq İnstitutunda, 1936-1938 illərdə Leninqrad Şərq İnstitutunda, 1938-1939 illərdə Leninqrad Dövlət Universitetində fəaliyyət göstərib. Əbdülkərim Əlizadə 1941-1963 illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun qədim və orta əsrlər tarixi şöbəsinin rəhbəri, Azərbaycan Elmlər Akademiyasının İctima elmlər bölməsinin akademik katibi vəzifələrində çalışıb.
Tədqiqatçı-alim 1958-1963 illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk direktoru olub. Əbdülkərim Əlizadə elmi və ictimai fəaliyyətlərinə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatlarına layiq görülüb. “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və medallarla təltif olunub. Əbdülkərim Əlizadə ölkə hüdudlarından kənarda da fəaliyyətini davam etdirib. Varşavada, Münxendə, Moskvada, Ankarada, Tehranda keçirilmiş beynəlxalq konqreslərdə məruzə ilə çıxış edib. 1963-cü ildən ömrünün sonuna kimi Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapahazırlama şöbəsinə rəhbərlik edib. Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat edib.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Əbdülkərim Əlizadəyə məxsus müxtəlif dəyərli materiallar- fotoşəkillər və sənədlər mühafizə olunur. Təqdim etdiyimiz fotoşəkildə Əbdülkərim Əlizadəni, Rəhim Qazini, Zakir Abdullayevi və digər şərqşünas alimləri görmək olar.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.