Bu gün, Azərbaycanın ilk maarifçi qadınlarından biri, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü, xeyriyyəçi Həmidə Cavanşirin anadan olmasının 150 illiyidir.
Həmidə Cavanşir 19 yanvar 1873-cü ildə Şuşada tarixçi Əhməd bəy Cavanşirin ailəsində dünyaya gəlib. İlk təhsilini evdə alan Həmidə Cavanşir yüksək intellektə, geniş dünyagörüşünə malik olub.
Həmidə Cavanşir ilk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarovun vəfatından sonra Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadim Cəlil Məmmədquluzadə ilə ailə həyatı qurub olub. Tiflis Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinin yaradıcılarından və ən fəal üzvlərindən olan Həmidə Cavanşir Mirzə Cəlil ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyəti illərində dövlətin ictimai və maarifçilik işlərində fəal iştirak edib, əhalinin, xüsusilə qızların təhsil almasını daim diqqətdə saxlayıb.
Həmidə Cavanşir 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açıb və həmin məktəbdə dərs deyib. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə Cavanşir Azərbaycan Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etmişdir. Həmçinin, o, Mirzə Cəlillə bağlı kövrək xatirələrini də böyük ustalıqla qələmə almışdır.
1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunub.
Təqdim etdiyimiz Həmidə Cavanşir-Məmmədquluzadəyə aid foto Muzeyin Fotoneqativ materialları fondunda mühafizə olunur (muzeyə təhvil verilmə tarixi: 1965-ci il).
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.