Dünyanın qədim mədəniyyət mərkəzlərindən biri olan Azərbaycan ərazisi müxtəlif dövrlərə aid arxeoloji abidələrlə zəngindir. Minilliklər boyu bu ərazidə yaşamış əcdadlarımızdan irs qalmış həmin abidələr vətən tariximizin əlçatmaz qaranlıq səhifələrinə işıq salmaq baxımından olduqca əhəmiyyətlidir. Tarixəqədərki dövrün daha dərin izlərini isə ölkəmizin ərazisində aşkar olunan paleontoloji nümunələr özündə saxlamışdır.
Milli Azərbaycan Tarixi Muzeyində qorunan ən qədim eksponat olan daşlaşmış ağac qalığı məhz həmin nümunələrdəndir. Yer kürəsində təqribən 33,9-23 mln. il əvvəl mövcud olmuş olihosen geoloji mərhələsinə aid edilən bu ağac qalığı Azərbaycanın Şamaxı rayonu ərazisində Maykop çöküntüləri təbəqəsindən AMEA Coğrafiya İnstitutu əməkdaşları tərəfindən aşkar edilmiş, 2000-ci ildə həmin İnstitutun sabiq direktoru akademik Budaq Budaqov tərəfindən muzeyə hədiyyə olunmuşdur. Tədqiqatçıların hesablamalarına görə yaşı ən azı 25 mln. il olan bu daşlaşmış ağac qalığı planetdə iqlimin soyuqlaşmağa, tropik meşələrin geniş düzlərlə əvəz olunmağa başladığı, yeni yırtıcı heyvanların, insanabənzər meymunların, eləcə də müasir fil və atların əcdadlarının yarandığı dövrə aiddir.
Uzunluğu 52,5, eni isə 12 sm olan bu dəyərli ağac qalığı tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Sözügedən nadir eksponat tezliklə muzeyin yeni hazırlanan daimi ekspozisiyasında yenidən nümayiş olunacaq.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.