Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyasında görkəmli şəxsiyyətlərin şəxsi əşyalarını görmək mümkündür. Azərbaycanın dahi bəstəkarı, görkəmli musiqişünas-alim, böyük maarifçi Üzeyir Hacıbəylinin anası Şirin Əliverdibəyovaya məxsus təqdim etdiyimiz dəyərli eksponatlar- geyim nümunələri, süfrə, boxçalar Etnoqrafiya fondunda qorunan zəngin materiallar içərisində xüsusi yer tutur.
Şirin xanıma məxsus təqdim olunan eksponat- boğça müxtəlif parça hissələrindən hazırlanan qədim tikmə növü- qurama tikməlidir. Digər eksponat isə XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid süfrə ağ, qırmızı, sürməyi zolaqlı, üzəri nəbati naxışlı tirmədən tikilib. Süfrənin kənarlarına isə zəngin nəbati naxışlı bafta, sırıma və qızılı saçaq əlavə edilib. Qeyd edək ki, həmin dövrdə tünd sürməyi, zoğalı-qırmızı, sarı yerlikli, buta naxışlı, “misqalı” adlanan tirmə parça qızıla bərabər parça növlərindən hesab edilirdi.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.