Milli Azərbaycan Tarixi Muzeyinin zəngin milli geyim kolleksiyasından olan, ayaq geyim nümunələrinin içərisində mühüm yer tutan XIX əsrə aid corabı təqdim edirik. İpəkdən hazırlanmış, həm xanımların, həm də kişilərin istifadə etdiyi bu corabların xüsusi naxışlanmasına, rəngarəng iplərlə toxunmasına böyük önəm verilib. Digər geyim nümunələri kimi corablar da hər zaman yüksək bədii tərtibat, səbr və incə zövqlə toxunub.
Bərpa laboratoriyasının bərpaçı-rəssamı Qənirə Məmmədova tərəfindən muzeyin Etnoqrafiya fondunda qorunan bu dəyərli eksponat üzərində bərpa və konservasiya işləri aparılıb. Corabın bənovşəyi rəngli boğaz hissəsi yenidən toxunub və çoxsaylı qaçmış ilmələr konservasiya olunaraq, eksponata ikinci həyat verilib.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.