Milli Azərbaycan Tarixi Muzeyində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent Fərhad Cabbarov və digər muzey əməkdaşları qadın həmkarları təbrik edib, onlara can sağlığı, ailə səadəti və işlərində uğurlar arzulayıblar. Akademik Nailə Vəlixanlı çıxışında qeyd edib ki, Azərbaycan elminin inkişafında qadınlar mühüm rol oynayır. Həmçinin, Nailə Vəlixanlı muzeydə çalışan əməkdaşların əksəriyyətinin qadınlar olduğunu və öz üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirirdiklərini bildirib.
Sonda muzeyin Həmkarlar Təşkilatının sədri İnarə Muradəliyeva və üzvləri öz xoş arzularını bildirərək, muzeyin qadın əməkdaşlarına hədiyyələr təqdim ediblər.
2 iyul 2026-cı il saat 10:00-da Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş «Bakı. 1926: Dil, Fikir, Birlik» sərgisinin açılışı keçiriləcək. Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.