2018-ci il tarixində Bərdə şəhərinin Torpaqqala ərazisi və Qaratəpə kəndi yaxınlığında aparılan arxeoloji qazıntılarda 20 000-dən artıq maddi mədəniyyət materialları (şirli və şirsiz saxsı qab nümunələri, şüşədən hazırlanmış nəfis əşyalar, müxtəlif sümük bəzək nümunələri, metal pullar və s.) aşkarlanmışdır. Qeyd edək ki, Oksford Universiteti ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə həyata keçirilən bu qazıntılarda Nizami Gəncəvi Mərkəzinin Arxeoloji Ekspedisiyası üzvləri qismində Milli Azərbaycan Tarixi Muzeyinin “Arxeologiya” elmi fond şöbəsinin əməkdaşları – Aslan Qasımov və Mircavid Ağalarov iştirak ediblər. Arxeoloji qazıntı nəticəsində əldə edilən tapıntılar Milli Azərbaycan Tarixi Muzeyinin müvafiq fondlarına təhvil verilmişdir. Pandemiya səbəbindən əldə edilən materialların seçilməsi və təsnifatı işində müəyyən qədər fasilə yaransa da, sonradan bu iş daha intensiv aparılmışdır.
Əldə edilən materiallar sırasında numizmatik faktlar- sikkələr ayrıca seçilmiş və təmizlənilməsi məqsədilə muzeyin Bərpa laboratoriyasına təhvil verilmişdir. Bərpa laboratoriyasının bərpaçı-rəssamı Dinarə Ağayeva tərəfindən ultrasəsli aparatla çirkdən, paxır və ərpdən təmizlənilən sikkələrə ikinci həyat verilmişdir.
Muzeyin Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova tərəfindən sikkələrin numizmatik təyinatı müəyyən edilmiş və nəticədə əksəriyyətinin mis olmaqla Abbasilər, Azərbaycan atabəyləri, Səlcuqlular, Səfəvilər dövründə zərb edilmiş sikkələr olduğu məlum olmuşdur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.