Muzeyin Vətən müharibəsi fondunda Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, heykəltəraş, 2016-cı il Aprel döyüşləri şəhidi Samir Kaçayevin təsviri olan qobelen qorunur. Bu sənət əsəri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) məzunu Əzizova Jalə tərəfindən hazırlanaraq, muzeyə təqdim edilmişdir.
Şəhid Samir Ziyəddin oğlu Kaçayev 5 mart 1994-cü ildə Şamaxı şəhərində anadan olub. 2011-ci ildə orta təhsilini bitirən Samir Qaçayev elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub.
Samir Kaçayev 2 Aprel 2016-cı ildə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.