Azərbaycan xalçalarının forma, toxunma texnikası, süjet, ornament və kompozisiya rəngarəngliyi onların tədqiqi üçün əlverişli şərait yaradır. Azərbaycanın zəngin tarixi və mədəni mərkəzlərindən olan Şirvan bölgəsinin zəruri xammal bazasının, eyni zamanda bu bölgədə əsas məşğuliyyətlərdən biri toxuculuğun olması müxtəlif çeşiddə xalça və xalça məmulatı nümunələrinin ərsəyə gəlməsinə şərait yaratmışdır. Bu nümunələrə xalça, kilim, palaz, xurcun, çul, çanta, heybə, məfrəş kimi fərqli toxuculuq məmulatları daxildir. Şirvan qrupu xalçalarına əsasən Şamaxı, Ağsu, Mərəzə, Kürdəmir və Qazıməmməd (Hacıqabul) məntəqələrində toxunan xalçalar aid edilir.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun zəngin xalça kolleksiyasında 40-a yaxın Şirvan qrupu xalçası qorunur. Burada “Bico”, “Şirəlibəy”, “Qobustan”, “Ərçiman”, “Sor-sor”, “Qəbələ”, “Salyan” və s. çeşnilər mövcuddur. Təqdim olunan Şirvanın “Bico” xalçası sözügedən kolleksiyanın unikal nümunələrindəndir. Burada abstrakt şəkildə həndəsi və haşiyə zolağı üzərində stilizə edilmiş quş təsvirləri ardıcıl formada toxunmuşdur.
Zəngin bədii tərtibatı, əsasən təbii boyaq tərkibi ilə seçilən bu əsrarəngiz toxuculuq nümunəsi tezliklə muzeyin yeni ekspozisiyasında nümayiş olunacaq.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.