Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin bütün dövrlərini əks etdirəcək ekspozisiyasının qurulmasında hazırlıq işləri gedir. Yenidən qurulan ekspozisiyada hazırda Sovet dövrünü əhatə edən Azərbaycan incəsənəti, təhsil və elm, mətbuat və ədəbiyyat vitrinlərinə aidiyyatı üzrə eksponatlar yerləşdirilir.
Muzeyin birinci mərtəbəsində ekspozisiya zalında xronoloji ardıcıllıqla Daş, Paleolit, Neolit, Eneolt, Tunc və Dəmir dövrlərinə aid eksponatlar (çaxmaqdaşı və dəvəgözü, əmək alətləri, gil qablar, tunc qılınc və xəncərlər, qadın bəzək əşyaları və s.), həmçinin, antik sikkələr vitrinlərdə öz yerlərini almaqdadır. Digər bir ekspozisiya zalı isə XIX əsrin ikinci yarısından günümüzədək olan dövrün etnoqrafik materialları- xalça məmulatları, milli geyim, məişət əşyaları və s. bağlı materiallarla davam etdirilir.
Turistlər üçün böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq bu ekspozisiya yaxın gələcəkdə ziyarətçilərin ixtiyarına veriləcək.