Milli Azərbaycan Tarixi Muzeyinin Yeni Azərbaycan Partiyası “Azərbaycan tarixçiləri ilk ərazi təşkilatı”nın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və maddi-mədəni irsimiz” adlı tədbir keçirilib.
Tədbirdə muzeyin YAP ərazi təşkilatının üzvləri, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri, N.Nərimanovun Xatirə Muzeyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə muzeyin YAP “Azərbaycan tarixçiləri ilk ərazi təşkilatı”nın sədri, aparıcı elmi işçi, t.ü.f.d., dosent Bəhman Kərimov açaraq, tədbirin əhəmiyyəti barədə çıxış edib.
Tədbir Yeni Azərbaycan Partiyası ərazi təşkilatının üzvləri, muzeyin əməkdaşları- Bəhmən Kərimovun “Heydər Əliyev və Azərbaycan muzeyləri”, Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dos. Nasir Quluzadənin “Azərbaycanda tarixi abidələrin qorunmasında Heydər Əliyevin rolu”, aparıcı elmi işçi, t.ü.f.d., dosent Əli Fərhadovun “Heydər Əliyevin çıxışlarında Nəriman Nərimanovun milli-dini maarifçilik irsinə baxış”, Nəriman Nərimanov Xatirə muzeyinin direktoru Ləman Hüseynovanın “Nəriman Nərimanov irsinə Heydər Əliyev qayğısı”, Numizmatika fondunun müdiri t.ü.f.d. Aygün Məmmədovanın “Milli Azərbaycan Tarixi Muzeyində qorunan Heydər Əliyevə həsr edilmiş materiallar”, Milli Azərbaycan Tarixi Muzeyinin YAP ərazi təşkilatının sədr müavini, muzeyin baş mütəxəssisi Pərvanə Əzimovanın “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir”, Sənədli mənbələr elmi fond şöbəsinin baş laborantı Nərmin Nəzərovanın “Heydər Əliyevin gənclər siyasəti” adlı məruzələri və partiyanın üzvlərinin çıxışları ilə davam edib.
Foto-slaydlarla müşayiət olunan məruzələrdə tarixi məlumatlara və mövcud faktlara əsasən dahi şəxsiyyətin həyat və fəaliyyətinə bir daha nəzər salınıb.
Sonda xatirə fotosu çəkilib.