XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
11 May, 2023
Muzeydə “H.Z.Tağıyev irsinin bərpası, inkişafı və gənclər arasında təbliği” adlı tədbir keçirilib

“Aydınlığa Doğru” milli–mənəvi dəyərlərin qorunması İctimai Birliyi və “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyi məşhur xeyriyyəçi H.Z.Tağıyevin örnək həyatının gənc tələbələrə öyrədilməsi məqsədi ilə silsilə tədbirlər keçirir.

Bu gün “H.Z.Tağıyev irsinin bərpası, inkişafı və gənclər arasında təbliği” adlı layihə çərçivəsində Milli Azərbaycan Tarix Muzeyində tədbir təşkil olunub.  

     Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, İlahiyyat İnstitunun rektoru Aqil Şirinov, Dövlət İdarəçilik Akademiyası Tarix Kafedrasının müdiri, t.ü.f.d., dosent Firdovsiyyə Əhmədova, “Aydınlığa Doğru”  İB-nin sədri Solmaz Əmirli, “Damla” aztəminatlı ailələrə qayğı İB-nin sədri Nigar Abdullayeva, İncəsənət Universitetinin Muğamşünaslıq şöbəsinin müdiri prof. Sevil Fərhadova, Əməkdar elm xadimi, prof. Şahlar Əsgərov çıxış ediblər. Tədbir iştirakçıları Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik fəaliyyətindən bəhs edərək, onun xatirəsinin əbədi olaraq, xalqımızın yaddaşında yaşayacağını bildiriblər. Tanınmış ziyalılar qeyd ediblər ki, xalqımızın tarixən sahib olduğu zəngin xeyriyyəçilik ənənələrinə sadiq olaraq, xeyriyyəçilik mədəniyyətini birgə inkişaf etdirək və ictimaiyyətdə geniş tətbiqinə çalışaq.

Tədbir zamanı 35 fəal tələbə mükafatlandırılıb. Layihənin davamı olaraq, tələbələr ilə görüşlərin  təşkili və xeyriyyəçilik ənənəsinin daha geniş miqyasda təbliği planlaşdırılıb.

Sonda xatirə fotosu çəkilib.