Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Abdullazadə Həsənağa Şakir oğlu 1993-cü il martın 9-da Lənkəran şəhərində anadan olub. 1999-2007-ci illərdə Rövşən Bədəlov adına 9 saylı tam orta məktəbdə təhsil alıb. 2007-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2014-cü ilin iyul ayında həmin liseyi bitirərək “leytenant“ rütbəsi alıb. Elə həmin ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinin zabit təkmilləşdirmə kursuna daxil olub.
Həsənağa Abdullazadə 2015-2016-cı illərdə Gədəbəy rayonu “N” saylı hərbi hissənin ön xəttində taqım komandiri vəzifəsinə təyin olunub. 2017-ci ildə “baş leytenant” rütbəsi adını alıb. 2018-ci ilin oktyabr ayında Göygöl rayonu “N” saylı hərbi hissəyə bölük komandiri vəzifəsinə göndərilib.
Həsənağa Abdullazadə 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı Murovdağ silsiləsi və Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ayağından güllə yarası almasına baxmayaraq, Həsənağa Abdullazadə döyüşü tərk etməyib, öz taboru ilə birlikdə Kəlbəcər uğrunda gedən döyüşlərə yollanıb və qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Həsənağa Abdullazadə ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə" medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Həsənağa Abdullazadənin şəxsi əşyaları (hərbi səhra geyim dəsti: kamuflyaj rəngli kitel və şalvar, qış və yay baş geyimi, kəmər, saat, kamuflyaj rəngli pulqabı, fotoşəkil və şəhid H.Abdullazadəyə həsr olunmuş "Zəfərimizin Qəhrəmanı" adlı kitab) ailəsi tərəfindən muzeyin Sənədli mənbələrin elmi-fond şöbəsinin müdiri Esmira Rəhimovanın vasitəsilə muzeyə təhvil verilib.
Qeyd edək ki, şəhid Həsənağa Abdullazadənin şəxsi əşyaları muzeyin yeni ekspozisiyasında nümayiş olunacaq.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.