Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, Vətən müharibəsinin iştirakçısı olmuş şəhid Cavid Əhliman oğlu Bayramlıya məxsus materiallar daxil olub (DSX-ə məxsus kitel, şalvar, furajka, uçuşlara hazırlıq dəftəri, 2 ədəd Fəxri Fərman, 1 ədəd fotoşəkil, 2 ədəd isimlik, 1 ədəd döş nişanı və pilot uçuş qarnituru).
Kapitan Cavid Bayramlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cavid Bayramlı müharibədən sonra xidmətinə davam etmiş və döyüşlərdə iştirakına görə təltif edilmişdir.
30 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində Cavid Bayramlı şəhid olmuşdur.
Şəhid Cavid Bayramlının şəxsi əşyaları muzeyin Sənədli mənbələrin elmi-fond şöbəsinin müdiri Esmira Rəhimovanın vasitəsilə muzeyə təhvil verilib.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.