XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
12 Sentyabr, 2023
Milli Azərbaycan Tarixi Muzeyi və Moldova Milli Tarix Muzeyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Milli Azərbaycan Tarixi Muzeyi və Moldova Milli Tarix Muzeyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanması məqsədi ilə görüş keçirilib. Görüşdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov, Moldova Milli Tarix Muzeyinin direktor müavini Liviya Sirbu və həmin muzeyin əməkdaşı iştirak edib.

Görüş zamanı akademik N.Vəlixanlı qonaqları salamlayaraq, onları muzeydə görməkdən məmnun olduğunu bildirib. Hər iki muzeyin əməkdaşlarının səmimi söhbətindən sonra tərəflərin beynəlxalq əməkdaşlıq prinsiplərinin təsdiq olunması istiqamətində mədəni irsin qorunması, təbliğatı, həmçinin, ölkələrarası elmi və mədəni əlaqələrin möhkəmləndirilməsinin vacibliyi əsas tutularaq Memorandum imzalanıb.

Sonda xatirə fotosu çəkilib.