Azərbaycan Xalq Maarif Komissarlığının 1928-ci il 20 sentyabr tarixli qərarı ilə Bakı Uşaq Teatrı rəsmi olaraq fəaliyyətə başlamış, 1936-cı ilin iyul ayının 18-dən etibarən isə həmin teatr “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı” adlandırılmışdır. Teatr fəaliyyət göstərdiyi dövrdə milli mədəniyyətimizin inkişafında mühüm rol oynamış və tamaşaçılarına nümunəvi xidmət göstərmişdir.
Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeynin Sənədli mənbələr fondunda qorunan, müxtəlif illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuş tamaşaların proqramlarını təqdim edirik. Qeyd edək ki, həmin eksponatlar arasında Gənc Tamaşaçılar Teatrının 25 illiyi münasibətilə çəkilmiş fotovinyet (1954-cü il) və "Bakinski raboçi" qəzetinin 54-cü sayından kəsilmiş "Ümumittifaq festivalın laureatı Gənc Tamaşaçılar Teatrı" adlı məqalə (5 mart 1958-ci il) yer alır.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.