XƏBƏRLƏR
11 Dekabr, 2023
Muzeydə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyi və Yeni Azərbaycan Partiyasının “Z.Tağıyev küçəsi, 4” Ərazi Partiyası Təşkilatının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Tarix yaradan Böyük Lider” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra iştirakçılar Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə “Z.Tağıyev küçəsi, 4” Ərazi Partiya təşkilatının sədri t.ü.f.d., dosent Bəhmən Kərimov və partiyanın nümayəndələri (muzeyin əməkdaşları) - Vətən müharibəsi fondunun mütəxəssisi, Z.Tağıyev küçəsi, 4” Ərazi Partiya təşkilatının sədr müavini Pərvanə Əzimova, Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə, Numizmatika Fondunun əməkdaşı t.ü.f.d. Aygün Məmmədova ,Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov, Vətən Müharibəsi Fondunun mütəxəssisi Gülnar Fərhadova, Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafayev, YAP Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilk ərazi təşkilatının sədr müavini Ramilə Muradova, Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova, Bakı şəhəri Gənclər və İdman İdarəsinin Suraxanı rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Elşən Atakişizadə, Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Zəkiyyə Hacıyeva məruzələrində Ümummilli Lider Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti, unudulmaz tarixi şəxsiyyətə həsr edilən muzey materialları haqqında ətraflı məlumatlar təqdim ediblər.
Milli Azərbaycan Tarixi Muzeyində “Mavi Günbəzin sirri” beynəlxalq sərgisinin açılışı keçirilib
30 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tə...
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər
30 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq...
Milli Azərbaycan Tarixi Muzeyində Anım Gününə həsr olunmuş tədbir keçirilib
25 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib. ...
245 nömrəli məktəbdə Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş mühazirə keçirilib
Bakı şəhəri Ruslan Çerneqa adına 245 nömrəli tam orta ümumtəhsil məktəbində 27 Sentyabr – Anım Gününə həsr olunmuş mühazirə keçirilib. Mühazirə Milli ...
Muzeydə 27 Sentyabr – Anım Gününə həsr olunmuş interaktiv tematik ekskursiya keçirilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə Sabunçu rayonu...
Milli Azərbaycan Tarixi Muzeyi Seyid Cəfər Pişəvəri adına gimnaziyada Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə keçirib
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə 18 sentyabr 2026-cı il tarixində Seyid Cəfər Pişəvə...
Milli Azərbaycan Tarixi Muzeyində Dövlət Suverenliyi Günü və 2023-cü il antiterror tədbirlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktorunun elmi redaktorluğu ilə “Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyası” kitabının təqdimatı keçirilib
Bakıda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun “Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyası” kitabının təqdimatı keçir...