XƏBƏRLƏR
15 Dekabr, 2023
Muzeydə “Heydər Əliyev və Azərbaycan muzeyləri” adlı fotosərginin açılış mərasimi keçirilib
Bu gün, 15 dekabr 2023-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “”Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan muzeyləri” adlı fotosərginin açılış mərasimi keçirilib.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Səadət Yusifova, Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycanın tanınmış şəxslərinin Bakıda fəaliyyət göstərən ev-muzeylərinin- Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov, Bülbülün ev-muzeyinin baş mühafizi Adilə Məmmədova, Nəriman Nərimanovun ev-muzeyinin fond mühafizi Mayisə Həsənova, Hüseyn Cavidin ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı, Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Eldar Günaydın, Böyük Qayıdış Gənclər Təşkilatının, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin, Suraxanı rayon Gənclər Evinin rəhbəri və üzvləri, elm və mədəniyyət, ictimaiyyət, KİV nümayəndələri, muzeyin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, qonaqları salamlayıb və tədbirin əhəmiyyəti haqqında ətraflı məlumat verdi.
Sonra Nazir müavini Səadət Yusifova Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, muzeylərinə göstərdiyi qayğı və diqqətdən danışdı və fotosərginin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Daha sonra ictimai-siyasi xadim Həsən Həsənov Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti haqqında mühazirə ilə çıxış etdi. Tarixi faktlara əsaslanan mühazirə tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Verilən suallar diplomat Həsən Həsənov tərəfindən cavablandırıldı.
Daha sonra qonaqlar tədbirin əhəmiyyəti barədə öz təəssüratlarını bölüşdülər və fotosərgini ziyarət etdilər.
Fotosərgidə Ümummilli lider Heydər Əliyevin bir sıra Azərbaycan muzeylərinə ziyarəti zamanı lentə alınmış 22 ədəd fotoşəkli nümayiş olunur. Tədbir qonaqların fotosərgini və məşhur xeyriyyəçi H.Z.Tağıyevin ev muzeyini ziyarət etməsi ilə davam edib.
Qeyd edək ki, fotosərgi 2 ay müddətində davam edəcək, giriş sərbəstdir.
Milli Azərbaycan Tarixi Muzeyində “Mavi Günbəzin sirri” beynəlxalq sərgisinin açılışı keçirilib
30 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tə...
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər
30 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq...
Milli Azərbaycan Tarixi Muzeyində Anım Gününə həsr olunmuş tədbir keçirilib
25 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib. ...
245 nömrəli məktəbdə Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş mühazirə keçirilib
Bakı şəhəri Ruslan Çerneqa adına 245 nömrəli tam orta ümumtəhsil məktəbində 27 Sentyabr – Anım Gününə həsr olunmuş mühazirə keçirilib. Mühazirə Milli ...
Muzeydə 27 Sentyabr – Anım Gününə həsr olunmuş interaktiv tematik ekskursiya keçirilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə Sabunçu rayonu...
Milli Azərbaycan Tarixi Muzeyi Seyid Cəfər Pişəvəri adına gimnaziyada Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə keçirib
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə 18 sentyabr 2026-cı il tarixində Seyid Cəfər Pişəvə...
Milli Azərbaycan Tarixi Muzeyində Dövlət Suverenliyi Günü və 2023-cü il antiterror tədbirlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktorunun elmi redaktorluğu ilə “Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyası” kitabının təqdimatı keçirilib
Bakıda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun “Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyası” kitabının təqdimatı keçir...