XƏBƏRLƏR
22 Dekabr, 2023
Muzeydə “Akademik Ziya Bünyadov-100” adlı kataloqun təqdimat mərasimi keçirilib
Bu gün, 22 dekabr 2023-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Akademik Ziya Bünyadov-100” kataloqunun təqdimat mərasimi keçirilib.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru Gövhər Baxışəliyeva, muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov, professor Şahin Fərzəliyev, professor Solmaz Rüstəmova Tohidi, professor Hidayət Cəfərov, Özbəkistandan qonaqlar- professor Həmidulla Boltaboyev, professor Qulnaz Xalliyeva, Ziya Bünyadovun ailə üzvləri- Zenfira Qurbanova, nəvəsi İsa Bünyadov, ictimaiyyət, KİV nümayəndələri və muzeyin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı, qonaqları salamlayıb və tədbirin əhəmiyyətini qeyd edərək, akademik Ziya Bünyadovun əvəzolunmaz yaradıcılıq fəaliyyəti barədə ətraflı məlumat verib. Həmçinin, akademik Nailə Vəlixanlı bildirib ki, “görkəmli alimin 100 illiyi münasibətilə hazırlanan kataloq onun Milli Azərbaycan Tarixi Muzeyində toplanan materialları əsasında tərtib olunub. Kataloqa alimin fotoşəkilləri, sənədləri, əlyazmaları, şəxsi əşyaları və s. daxil edilib”.
Sonra kataloqun tərtibçisi Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov çıxışında qeyd edib ki, “Ziya Bünyadovun əşyaları muzeyə ilk dəfə 1968-ci ildə, yəni özünün sağlığında daxil olub. Həmin dövrdə muzey kolleksiyasının zənginləşdirilməsi məqsədilə tarix elmləri doktoru, professor Ziya Bünyadovdan toplanılan üç material olub. General-polkovnik N.Berzarinin Sovet İttifaqı Qəhrəmanı, kapitan Ziya Bünyadova “Lenin” ordeni və “Qızıl Ulduz” medalını təqdim etdiyini əks etdirən fotoşəkil, Ali Baş Komandan, Sovet İttifaqının Marşalı İosif Stalinin Almaniyanın paytaxtı Berlin şəhərinin alınmasına görə kapitan Ziya Bünyadova və onun döyüşdüyü bütün hərbi birləşməyə təşəkkür elan edilməsini bildirən sənəd və Ziya Bünyadovun müharibə vaxtı istifadə etdiyi planşet görkəmli şəxsiyyətin muzeydə qorunan kolleksiyasının ilk eksponatlarıdır. Növbəti illərdə – artıq Ziya Bünyadovun ölümündən sonra ona mənsub əşyalar ailəsi tərəfindən muzeyə hədiyyə olunmuşdur”.
Təqdimat mərasimində çıxış edənlər Ziya Bünyadovun Azərbaycan tarix və şərqşünaslıq elminə verdiyi töhfələrdən, ictimai-siyasi fəaliyyətindən, onun zəngin irsindən danışaraq, Milli Azərbaycan Tarixi Muzeyinin nəşr etdirdiyi kataloqu alimin 100 illiyinə dəyərli hədiyyə kimi qiymətləndirdilər.
Tədbirin sonunda qonaqlara sözügedən kataloq hədiyyə olundu və qonaqlar görkəmli şərqşünas-alim, akademik Ziya Bünyadovun Milli Azərbaycan Tarixi Muzeyində qorunan kolleksiyası ilə yaxından tanış oldular.
Milli Azərbaycan Tarixi Muzeyində “Mavi Günbəzin sirri” beynəlxalq sərgisinin açılışı keçirilib
30 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tə...
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər
30 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq...
Milli Azərbaycan Tarixi Muzeyində Anım Gününə həsr olunmuş tədbir keçirilib
25 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib. ...
245 nömrəli məktəbdə Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş mühazirə keçirilib
Bakı şəhəri Ruslan Çerneqa adına 245 nömrəli tam orta ümumtəhsil məktəbində 27 Sentyabr – Anım Gününə həsr olunmuş mühazirə keçirilib. Mühazirə Milli ...
Muzeydə 27 Sentyabr – Anım Gününə həsr olunmuş interaktiv tematik ekskursiya keçirilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə Sabunçu rayonu...
Milli Azərbaycan Tarixi Muzeyi Seyid Cəfər Pişəvəri adına gimnaziyada Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə keçirib
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə 18 sentyabr 2026-cı il tarixində Seyid Cəfər Pişəvə...
Milli Azərbaycan Tarixi Muzeyində Dövlət Suverenliyi Günü və 2023-cü il antiterror tədbirlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktorunun elmi redaktorluğu ilə “Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyası” kitabının təqdimatı keçirilib
Bakıda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun “Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyası” kitabının təqdimatı keçir...