XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
21 Fevral, 2024
Muzeydə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib

21 fevral 2024-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proramları şöbəsinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan dili milli varlığımızdır” adlı tədbir keçirilib. Tədbirdə muzeyin əməkdaşları, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbər və müəllim heyəti, şagirdləri iştirak edib.

Tədbirdə İnnovasiyalar və təhsil proramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək qeyd edib ki, Azərbaycan dövləti ana dilimizin qorunması, inkişaf etdirilməsi, öyrənilməsi sahəsində mühüm addımlar atır. Ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən Azərbaycan dili ilə bağlı qəbul olunmuş Dövlət Proqramı, Fərman və Sərəncamlar bunun ən gözəl nümunələri sayıla bilər. Müasir dövrdə ardıcıl şəkildə Azərbaycan dili ilə bağlı mühüm işlər görülür, konfranslar keçirilir, tədqiqatlar aparılır.

Sonra 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elza Orucova Azərbaycan dilinin saflığı və onun qorunması məsələsindən danışıb, dövlətin uğurlu dil siyasəti apardığını vurğulayıb.

Daha sonra həmin şöbənin baş mütəxəssisi Qənirə Qafarlı 2020-ci ildə Muzeyin 100 illiyi münasibəti ilə Muzeyin Arxeologiya, Etnoqrafiya, Sənədli mənbələr, Silahlar və bayraqlar, Xüsusi, Hədiyyələr və xatirə əşyaları fondlarının materialları əsasında hazırlanmış “Əlifba” kitabı haqqında məlumat verib. Həmçinin, şagirdlərlərin tədbirdə fəal iştirak etməsi üçün tədbir zamanı interaktiv oyun təşkil edilib.

Sonda 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin təqdimatında bədii hissə nümayiş olunub.