Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kütləvi humanitar tədbir kimi qeyd olunur.
Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Səbail rayon üzrə Fövqəladə hallar və Mülki müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Nazir Əkbərov, həmin müəssəsənin və muzeyin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Muzeyin Mülki Müdafıə üzrə qərargah rəisi, t.ü.f.d. Rasim Sultanov açaraq, əlamətdar günün əhəmiyyətindən bəhs edib.
Sonra polkovnik-leytenant N.Əkbərov çıxışında bildirib ki, “belə tədbirlərin təşkili baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə qaydalarının öyrənilməsi üçün vacibdir”.
Daha sonra muzeyin əməkdaşı Nurlana Ələkbərova qəza və fövqəladə hallar zamanı əhalinin davranış qaydaları haqqında məlumat verib.
Tədbir zamanı muzey əməkdaşlarına təhlükə anında odsöndürücü balonlardan istifadə qaydaları əyani şəkildə göstərilib.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.