XƏBƏRLƏR
04 Mart, 2024
Muzeydə “Yaz paralelləri” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin dəstəyi ilə Azərbaycanda və Bolqarıstanda baharın qarşılanmasına həsr olunmuş “Yaz paralelləri” adlı tədbir keçirilib. Beynəlxalq layihənin məqsədi hər iki ölkənin tarixi və mədəni irsinin adət-ənənələrini təbliğ etməkdir.
Tədbirdə Bolqarıstan Səfirliyinin nümayəndəsi Vladimir Bakırciyev, Səfirliyin müşaviri, Konsulluq şöbəsinin müdiri İsmigül Durmuş, Azərbaycan Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin sədri Hüseynova-Atanasova Mariya, Bakı Slavyan Universitetinin Tərcümə fakültəsi, Beynəlxalq münasibətlər və regionşünaslıq bölməsinin müəllimləri - Biserka İvleyeva, İrina Pçelinçeva və həmin universitetin tələbə kollektivi, muzey əməkdaşları, KİV nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açıb və tədbirin əhəmiyyətini qeyd edib.
Sonra Vladimir Bakırciyev Bolqarıstan Respublikasının Azərbaycan Respublikasınakı Fövqaladə və Səlahiyyətli Səfiri cənab Ruslan Stoyanovun adından təbrik məktubu oxuyub.
Qeyd edək ki, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi qələbə simvolu olan Xarıbülbülün şəklini çəkən Bolqarıstanın paytaxtı Sofiyadaki orta məktəblərin, incəsənət məktəbi və klublarının şagirdlərini, həmçinin Bolqarıstandakı Azərbaycan diasporundan olan uşaqları bu layihəyə cəlb edib. Həmin uşaqların çəkdiyi Azərbaycana həsr olunmuş 85 rəsm əsəri videoçarx vasitəsilə onlayn və Azərbaycanın Uni Kids Clubunun üzvləri tərəfindən çəkilən Bolqarıstana həsr olunmuş 18 ədəd rəsm əsəri isə əyani nümayiş olunub. Sonra Bolqarıstanın hökumət nümayəndəri və ictimai xadimləri tərəfindən vaxtilə muzeyə hədiyyə verilmiş materiallar fotoslaydın müşayiəti ilə təqdim olunub.
Daha sonra muzeyin əməkdaşı Nigar Əhmədlinin rəhbərliyi ilə bədii hissəyə keçid edilib. Bədii hissəsədə Şövkət Ələkbərova adına 20 Nömrəli 11 illik musiqi məktəbinin nağara çalanlar ansamblının ifasında çıxış, 1001 gecə xoreoqrafiya studiyasının üzvləri tərəfindən “Bolqar süitası”, Bakıda keçirilən bədii gimnastika üzrə çoxsaylı və rayonlararası yarışların iştirakçısı Cəfərova Eliana tərəfindən gimnastik nömrə, 1001 gecə studiyasının üzvü İsayeva Lalə tərəfindən Bolqar mahnısı - “Byala Roza” ifası, 1001 gecə xoreoqrafiyasının üzvü Xudaverdi Banunun ifasında “Xarıbülbül” rəqsi, Uni Kids Clubunun üzvləri - Selcan Abdullazadə və Nərmin Süleymanovanın təqdimatında Bolqar qızılgülü haqqında məlumat, Bakı şəhəri 153 saylı tam orta məktəbin şagirdi Aytac Dadaşovanın ifasında “Cənnətim Qarabağ” rəqsi, Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Aylin İlqarın ifasında Polad Bülbüloğlunun «Я придумываю песню» mahnısı, 1001 gecə xoreoqrafik studiyasının üzvlərinin ifasında “Qarabağ Yallısı - qəhrəmanlıq, güc və birlik rəqsi” təqdim olunub. Tədbirin aparıcısı Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aparıcı aktrisası Gültac Əlili olub.
Daha sonra tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.
Sonda tədbir iştirakçıları H.Z.Tağıyevin ev-muzeyini ziyarət ediblər.
Muzeydə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib
17 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində elmi-maarifləndirici tədbir təşkil olu...
Muzeydə AZAL-a məxsus reysin ekipaj üzvlərinə - Milli Qəhrəmanların xatirəsinə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsinin Aktau şəhərində qəzaya uğraması nəticəsində həl...
Muzeydə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Sən elə bir zirvəsən ki,…” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir ...
Muzeydə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının Səbail rayonunun Milli Azərbaycan Tarixi Muzeyi ərazi təşkilatının və Azərbaycan Maliyyə-İqtisad Kollecinin birgə təşkil...
Muzeydə “21 Azər – 80” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Cənubi Azərbaycanda 1945–1946-cı illərdə baş vermiş 21 Azər hərəkatının 80 illiyinə həsr olunmuş “21 Azər – 80” adlı...
Respublika elmi konfransı öz işini yekunlaşdırıb
Milli Azərbaycan Tarxi Muzeyinin 105 illiyinə həsr olunmuş ikigünlük «Tarixin öyrənilməsinin və tədrisinin aktual problemləri» mövzusunda respublika e...
Muzeydə Professor Rafiq Əliyevə məxsus materialların və şəxsi əşyaların təqdimat mərasimi keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, ABŞ-ın Corciya Universitetinin professoru, ...
Muzeydə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Rənglərdə danışan eksponatlar: Tarixdən bu günə Suveren Azərbaycanı...