Milli Azərbaycan Tarixi Muzeyində 18 may- Beynəlxaq Muzeylər Gününə həsr olunmuş ICOM- Beynəlxalq Muzeylər Şurasının “Muzeylər, Təhsil və Tədqiqat” devizi altında Breyn-Rinq intellektual yarışması keçirilib.
ICOM- Beynəlxalq Muzeylər Şurasının “Muzeylər, Təhsil və Tədqiqat” devizi altında keçirilən yarışmada “Böyük Qayıdış” Gənclər Təşkilatı, “Davam Hərəkatı” İctimai Birliyi, “Gənc Könüllülər” Təşkilatının üzvləri, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universitetinin tələbələri və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət 8 komanda iştirak edib.
Yarışmada müxtəlif adlarda- “Qayıdış” , “Data Qorqud” , “Xarıbülbül” , “Anfield 1892” , “Texnokrat” , “Gənc Könüllülər” , “Qaspıralı” və “Fibula” komandaları qalibiyyət uğrunda mübarizə aparıb.
Maraqlı və müzakirəli keçən yarışmanın məqsədi “Muzeylər, Təhsil və Tədqiqat” devizi altında gənclərin muzeydə maarifləndirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsidir.
Yarışmada 3-cü yerə- “Anfield 1892”, 2-ci yerə “Data Qorqud”, 1-ci yerə isə “Fibula” komandası layiq görülüb.
Sonda qaliblər sertifikat, medal, kubok və muzeyin nəfis nəşrləri ilə mükafatlandırılıb.