XƏBƏRLƏR
18 May, 2024
Milli Azərbaycan Tarixi Muzeyi “Bir muzeyin sirri” adlı layihədə
Mayın 18-i Beynəlxalq Muzeylər Günüdür. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 47 il öncə – 1977-ci ildə təsis edilən əlamətdar gün hər il müxtəlif devizlər altında qeyd olunur. Bu ilin mövzusu “Muzeylərdə təhsil və tədqiqat” adlanır.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Günü ölkəmizdə müxtəlif maraqlı aksiyalarla yadda qalır, muzeylərdə “açıq qapı” elan edilir. Builki əlamətdar gün münasibətilə “Bir muzeyin sirri” adlı layihə həyata keçirilir. Layihənin məqsədi gənc nəslin maariflənməsində müstəsna əhəmiyyəti olan muzeylərin təbliği, o cümlədən yutub platforması və digər sosial şəbəkələr vasitəsilə daha geniş auditoriyanın mədəni irsimiz barədə məlumatlandırılmasıdır.
Milli Azərbaycan Tarixi Muzeyinin də iştirak etdiyi layihə çərçivəsində tanınmış simaların təqdimatında videoçarxlar hazırlanaraq muzeyin yutub və digər sosial şəbəkə hesablarında paylaşılır.
Qeyd edək ki, videoçarxlarda xalqımızın çoxəsrlik tarixi-mədəni və ədəbi mirasının qorunub gələcək nəsillərə çatdırıldığı muzeylərin əhəmiyyəti vurğulanır, bu mədəniyyət ocaqlarının ziyarəti təşviq olunur.
Muzeydə “İrsi birləşdirən körpülər” adlı seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə tələbələr üçün “İrsi birləşdirən körpülər” adlı sem...
“Muzeydə qorunan Nüydü sikkə dəfinəsi və müasir numizmatik nəticələr” mövzusunda elmi seminar keçirilib
15 may 2026-cı il tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Xəzər Universitetinin Tarix və Arxeologiya departament...
“Muzeylər və təhsil inteqrasiyasında mədəni irs” adlı elmi seminar keçirilib
18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və təhsil inteqrasiyasında mədəni irs” adlı elmi seminar keçirilib. Milli Azərbaycan Ta...
Muzeydə “Azərbaycanın ilk qadın xalq rəssamı Maral Rəhmanzadənin yaradıcılığı bu gün” adlı seminar keçirilib
13 may 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanın ilk qadın xalq rəssamı Maral Rəhmanzadənin yaradıcılığı bu gün” adlı semin...
Muzeydə “Mədəniyyətlərarası körpü: Muzeyin beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda seminar-workshop keçirilib
13 may 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində 18 May-Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Mədəniyyətlərarası körpü: Muze...
Muzeydə geoloq-alim Baba Babazadənin 115 illiyinə həsr olunmuş tədbir keçirilib
Mayın 12-də Milli Azərbaycan Tarixi Muzeyində əfsanəvi neftçi, geoloq, alim Baba Qurbanqulu oğlu Babazadənin (25.04.1911 – 18.08.1962) anadan olmasını...
"Arxeo" klubun təşkilatçılığı ilə“Muzeydə bir arxeoloqun mirası” adlı növbəti məşğələ keçirildi
12 may 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsi və "Arxeo" klubunun təşkilatçılığı ilə Azərbaycan arxeologi...
Muzeydə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Milli Azərbaycan T...