Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində tapılmış artefaktlar ölkəmizin qədim maddi mədəniyyətinin metalişləmə və zərgərlik sahələrinin öyrənilməsi baxımından əsas qaynaqlardan hesab olunur. Müvafiq arxeoloji tapıntıların əsas hissəsi AMEA Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. Hazırda Muzeyin təqribən 130 ədəd qiymətli metaldan ibarət arxeoloji kolleksiyasının böyük bir qismini zərgərlik məmulatları təşkil edir.
Hər bir zərgərlik bəzəyi öz bədii xüsusiyyəti və kompozisiya tərtibatı ilə dövrünün estetik tələbi və zövq səviyyəsini ifadə edir, onun quruluşu və metalının tərkibi isə sənətkarın texnikasını, peşəkar bilik və bacarığını nümayiş etdirir.
2012-ci ildə Lerikdə təsadüfi qazıntılar nəticəsində aşkar olunmuş, e.ə. I minilliyə aid olan qızıl insan fiquru hazırda Muzeyin Xüsusi fondunda qorunur. Fiqurun baş hissəsində səkkiz ləçəkli, gül təsvirli papaq, boynunda isə keçi var. Heykəlciyin kürək hissəsində və keçinin üzərində mixi yazıya bənzər işarələr həkk olunub. Döymə və tökmə üsulu ilə hazırlanmış fiqurun içi boşdur. Onun bir neçə fraqmenti qaynaq üsulu ilə bir-birinə bərkidilib.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin inciləri sırasında olan bu eksponat isveçrəli tarixçi, professor Kristof Baumerin (Christoph Baumer) “Qafqaz tarixi: İmperiyaların kəsişməsində” (History of the Caucasus at the Crossroads of Empires. Volume 1. London, “I.B. Tauris, London, New York”, 2021. P.386.) adlı kitabında yer alıb.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.