Muzeydə XVIII əsrin sonlarına aid olan xəlvətiyə təriqətinə mənsub sufi əmmaməsinin üçüncü hissəsinin rekonstruksiya işləri yekunlaşıb
Əmmamənin ücüncü hissəsi demontaj edilib, parçalar xüsusi zərər verməyən kimyəvi məhlulla təmizlənib və dəstək parçasının üzərinə gözləmə üsulu (bərpa tikişi) ilə tikilərək, konservasiya edilib. İçərisindəki pambıqdan ibarət olan dolğu təmizlənib, dezinfeksiya olunub və əvvəlki qaydada sırınaraq, orijinal görünüşü bərpa edilmişdir.
Eksponatın rekonstruksiya işlərinin dördüncü mərhələsinə start verilib.
Əmmamənin rekonstruksiya və bərpa işləri muzeyin Bərpa laboratoriyasının tekstil üzrə bərpaçı-rəssamı Nuridə Hüseynova tərəfindən icra olunur.
Əmmamənin bərpa işlərinin ilkin mərhələləri ilə keçid vasitəsi ilə tanış ola bilərsiniz.
http://azhistorymuseum.gov.az/az/news/3633
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.